Əsas səhifə » Livanda partlayan peycerlərin istehsalçısı ittihamları rədd edib

Livanda partlayan peycerlərin istehsalçısı ittihamları rədd edib

Orkhan Qadirzade

Bakı, AzerVoice

Peycerlərin istehsalçısı Gold Apollo şirkəti, Hizbullah üzvlərinə məxsus peycerlərin partlaması ilə əlaqədar yönləndirilən ittihamları rədd edib.

AzerVoice xəbər verir ki, Tayvanın Gold Apollo şirkətinin qurucusu Hsu Çinq-Kuang partlayan peycerlərin Gold Apollo şirkətinin ticarət nişanından istifadə edən Avropa şirkəti tərəfindən istehsal edildiyini bildirib.

Şirkətin adını bildirməyən Hsu Gold Apollo şirkətinin də hadisə qurbanlarından biri olduğunu deyib.

banner

Xatırladaq ki, dünən Livanda yerləşən “Hizbullah” qruplaşması üzvlərinin istifadə etdiyi rabitə cihazları kiberhücum nəticəsində eyni vaxtda partladılıb. Hadisə zamanı 9 nəfər ölüb, 3000-ə yaxın insan yaralanıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice