Əsas səhifə » Livan müharibə səbəbindən 1,2 milyard dollar itki verib

Livan müharibə səbəbindən 1,2 milyard dollar itki verib

Azer Voice

Bakı,AzerVoice

Oktyabrın 7-də İsrail-Hizbullah toqquşması başlayandan bəri Livanın cənubunda iqtisadi itkilər təxminən 1,2 milyard dollara çatıb. AzerVoice xəbər verir ki , Lİvanda qeyri-hökumət təşkilatları tərəfindən aparılan araşdırmada deyilir.

“Zərər əsasən infrastruktura, yollara, binalara və kənd təsərrüfatı sahələrinə dəyib.Müəssisələrin bağlanması səbəbindən 300 milyon dollar civarında dolayı itki də var”, – deyə hesabtda bildirilir.

banner

Hesabatda qeyd olunur ki ,  baş verən lokal toquşmalar nəticəsində, Livanın cənubunda 520 ev tamamilə dağıdılıb, 3300 evə isə qismən ziyan dəyib.

Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.

İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi  nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.

Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice