Əsas səhifə » Litvanın Azərbaycandakı yeni səfiri xarici işlər nazirinin müavini ilə görüşüb

Litvanın Azərbaycandakı yeni səfiri xarici işlər nazirinin müavini ilə görüşüb

Hafiz Rufizoglu

Bakı. AzerVoice

Litva Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kestutis Vaşkeleviçius etimadnaməsinin surətlərini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayevə təqdim edib.

AzerVoice-nin məlumatına görə, görüşdə tərəflər Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, o cümlədən regionda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Səfir vurğulamışdır ki, səlahiyyət müddəti ərzində iki ölkə arasında tərəfdaşlıq, eləcə də Litva ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə çalışacaqdır.

banner

“Mən şadam ki, bu görüş iki azadlıqsevər xalqımız arasında münasibətləri möhkəmləndirmək üçün qarşılıqlı istəyi təsdiqlədi. Bu görüşün “Baltik yolu” – nun ildönümü ərəfəsində baş tutması simvolikdir. Litvada yaşayan azərbaycanlılar “Baltik yolu” zamanı yanımızda olublar və Baltikyanı ölkələrin azadlığı üçün bu nadir hadisəyə dəstək Azərbaycanda da hiss olunub. Bir-birinin azadlıq istəyinə qarşılıqlı dəstək ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün möhkəm əsasdır”, – deyə səfir Vaskeleviçius görüşdən sonra qeyd edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice