Əsas səhifə » Litva Rusiyaya nota verib

Litva Rusiyaya nota verib

Tasnim İsmixan

Bakı, VOA

Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.

VOA xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hadisə iyunun 30-da Rusiyanın “Pobeda” aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib”, – XİN-in bəyanatında bildirilib.

banner

Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice