Əsas səhifə » Litva Rusiya ilə sərhədi möhkəmlətmək üçün AK-dan vəsait istəyib

Litva Rusiya ilə sərhədi möhkəmlətmək üçün AK-dan vəsait istəyib

Narmin Ağayeva

Bakı, AzerVoice

Litva Rusiya ilə sərhədin möhkəmləndirilməsi üçün Avropa Komissiyasından (AK) vəsait ayırmasını xahiş edib.

AzerVoice xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya ilə 275 kilometr sərhədin gücləndirilməsi bizim prioritetimizdir. Sərhədin monitorinqi üçün infrastrukturun modernləşdirilməsinə ehtiyac var”, – deyə XİN rəhbəri Aqne Bilotayte bildirib.

banner

Vilnüs 2030-cu ilədək sərhəd nəzarəti sistemlərinin yenilənməsi də daxil olmaqla AK-dan 13,7 milyon avro alacağını gözləyir.

“Biz bu mühüm məsələnin həllində Avropa Komissiyasının yardımına ümid edirik”, – deyə Bilotayte vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Avropa İttifaqı Belarusla sərhəd boyu nəzarət sistemlərinin yenilənməsi üçün Litvaya 9,3 milyon avro ayırıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice