Əsas səhifə » Lavrov Skopyedə Mirzoyanla görüşüb

Lavrov Skopyedə Mirzoyanla görüşüb

Laman Asadli

Bakı. AzerPress:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

AzerPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Telegeram” kanalında məlumat yayıb.

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu sammiti 30 noyabr-1 dekabr tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilir.

banner

Polşa, Ukrayna və Baltikyanı ölkələrin XİN rəhbərləri Lavrovun iştirakı ilə əlaqədar olaraq sammitdə iştirakdan imtina ediblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice