Əsas səhifə » Kurtulmuş KKTC-nin yaranmasının 40-cı ildönümünü təbrik edib

Kurtulmuş KKTC-nin yaranmasının 40-cı ildönümünü təbrik edib

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şimali Kipr Türk Respublikasının yaranmasının 40-cı ildönümünü təbrik edib.

AzerPress xəbər verir ki, TBMM sədri bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.

“Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 40-cı ildönümünü təbrik edir, KKTC-nin müstəqilliyi və gələcəyi üçün mübarizə aparan qəhrəman şəhidlərimizi və qazilərimizi rəhmətlə yad edirəm. Türkiyə olaraq Kipr türk xalqının rifahı üçün dəstəyimiz sonsuza qədər davam edəcək”, – deyə o bildirib.

banner

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice