Əsas səhifə » Koyunhisar döyüşü necə baş verdi?

Koyunhisar döyüşü necə baş verdi?

admin

Bakı, AzerPress

Osman Qazi mərkəzi Yenişehirin təhlükəsizliyini təmin etmək üçün Marmaracık və Koyunhisar qalaları üzərində bir səfər etdi və onun sakinlərini özünə tabe etdi. Bu əməliyyatdan sonra Osman Qazi 1302-ci ildə İznik səfərinə çıxdı. Onun İznik yaxınlığında bir qüllə tikilmişdi. İznikin qala divarlarının ətrafı su doly xəndəklərələ qorunurdu.

Ona görə də Osman Qazi uzun mühasirə ilə şəhər əhalisini aclıqdan təslim etməyi düşünürdü.

Draz (Uzun) Əli adlı bir komandirlə bir neçə əsgəri qüllədə qoyub İznikin giriş-çıxışını bağladı. İzniklilər bu vəziyyətlə bağlı İstanbuldan ( o vaxtkı Konstantinopoldan) kömək istədilər. Bizans qüvvələrinin yardıma gəldikləri xəbərini alan Osman Qazi türkmənləri ətrafına toplayıb düşməni qarşılamaq üçün hərəkətə keçdi.

banner

Bizans ordusu Heteriarx Mouzalonun komandanlığı altında Konstantinopoldan gələn əsgərlərdən, bölgədəki Bizans qüvvələrinin qoşunlarından və muzdlu olan Alanlardan ibarət idi. Ordunun sayı iki min nəfər, əsasən piyada idi.

Osman Qazinin qüvvələri ilə Bizans ordusu əvvəlcə Koyunhisarıda toqquşdu, daha sonra əsas döyüş Yalovada oldu.
Osman Qazi əvvəlcə gecə basqını ilə Yalovaya gələn düşməni darmadağın etdi. Ertəsi gün düzənlikdə baş verən döyüşdə Bizans ordusunda yunanlar və alanlar arasında yaranan qarşıdurma və qısqanclıq Osmanlıların qələbəsində mühüm rol oynadı. Döyüşdə yunanlar tələsik hücuma keçdilər, Osman Qazinin qüvvələri əks hücuma keçərək Bizans qüvvələrini məğlub etdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice