Əsas səhifə » Konqresinin yəhudi üzvü Netanyahunun çıxışında niyə iştirak etmədiyini bildirib

Konqresinin yəhudi üzvü Netanyahunun çıxışında niyə iştirak etmədiyini bildirib

Yamin Savalanli

Bakı, AzerVoice

ABŞ Konqresinin ən gənc yəhudi üzvü Sara Jacobs, İsrail Baş naziri Benyamin Netanyahunun Konqresdəki çıxışına qatılmamasının səbəbini açıqlayıb.

AzerVoice xəbər verir ki, Amerikanın MSNBC kanalına verdiyi açıqlamada Jacobs, Netanyahunun çıxışına niyə qatılmadığı ilə bağlı fikirlərini bildirib.

“Netanyahunun 39 mindən çox fələstinlinin ölümünə səbəb olan amansız hərbi əməliyyatından dəhşətə gəlirəm” deyən Jacobs, İsrail ordusunun Netanyahunun göstərişi ilə 10 aydır Qəzzanı ağır şəkildə bombardman etdiyini, məktəblərdən qaçqın düşərgələrinə, təcili yardım maşınlarından xəstəxanalara qədər bütün infrastrukturun məhv edildiyini bildirib.

banner

“Qəzzanın məhv edilməsinə, demək olar ki, bütün mülki əhalinin didərgin salınmasına və fələstinli ailələrin nəslinin məhv edilməsinə qətiyyən bəraət qazandırmaq olmaz”, – deyə Jacobs bildirib.

Humanitar yardımları çatdırıb paylamağın mümkün olmadığını xatırladan Jacobs, bu vəziyyətin yaxın gələcəkdə 1 milyon fələstinlinin ən yüksək səviyyədə aclıqla üzləşməsinə səbəb olacağını bildirib.

Jacobs, Netanyahunun İsraildə əhəmiyyətli dəstəyi itirdiyini, lakin “hesab verməkdən qorxduğu üçün savaşı davam etdirdiyini” söylədi. Netanyahunun atəşkəs razılaşmasına nail olmaqdan çəkindiyini və “iki dövlətli həll” ideyasına qarşı çıxmağa davam etdiyini bildirən Jacobs, “Həqiqət budur ki, bu münaqişənin hərbi həlli yoxdur”. dedi.

Haqsızlığa qarşı çıxma məsuliyyəti olduğunu qeyd edən Jacobs, “Mənim inancım bir qalxan və məhv etmə üçün bir bəhanə deyil” dedi.

Netanyahunun çıxışında iştirak edəcəyi təqdirdə bunun baş nazir və hökumətinin mövqeyini dəstəklədiyinə dair “saxta bir sübut” olaraq istifadə ediləcəyini ifadə edən Jacobs, “Konqresdə tribunalarda oynamaq İsrailin və Fələstin xalqının bölgədəki sülh və təhlükəsizliyinə töhfə verməz, əsirləri evlərinə gətirməz” dedi.

Jacobs, həmçinin Netanyahunun çıxışının müharibəni bitirməyəcəyini, bölgədəki ehtiyacı olanlara humanitar yardım çatdırmayacağını və fələstinli uşaqlara itirilmiş uşaqlıqlarını geri qaytarmayacağını bildirib.

Qeyd edək ki, Netanyahu dünən ABŞ Konqresində çıxış edib və çıxışında Qəzzada mülki itkilərin az olduğunu və orada aclığın olmadığını iddia edib. Netanyahunun çıxışı onlarla dəfə ayaqda alqışlarla kəsilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice