Əsas səhifə » KKTC prezidenti Antonio Quterreşin Kipr üzrə təklif etdiyi şəxsi nümayəndə namizədini təsdiqləyib

KKTC prezidenti Antonio Quterreşin Kipr üzrə təklif etdiyi şəxsi nümayəndə namizədini təsdiqləyib

Aytac Suleymanova

Bakı. AzerPress:

Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Kipr üzrə təklif etdiyi şəxsi nümayəndə namizədi Maria Angela Holgin Kuelyarı təsdiqləyib.

AzerPress-in məlumatına görə, Kolumbiyanın keçmiş xarici işlər naziri Holgin Kuelyar əvvəllər BMT-də daimi nümayəndə vəzifəsində çalışıb.

BMT-nin baş katibi ilə əldə olunan razılaşma çərçivəsində şəxsi nümayəndə 6 ay müddətinə bu vəzifəsini icra edəcək və vəzifədə olduğu müddətdə BMT və KKTC arasında ortaq nöqtənin olub olmadığını araşdıracaq.

banner

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice