Bakı,AzerVoice
Bədrəddin Davud ibn Gülbək ibn Əli Maraği Filosof və mütəfəkkir idi. Xüsusən cədəl və xilaf elmlərində yaşadığı dövrün ən görkəmli alimi idi. Katib Çələbi onun Bədr ət-Təvil, yəni uzun Bədrəddin, ləqəbi ilə tanındığını qeyd etmişdir. Onun ən məşhur əsəri şeyx Rüknəddin Əbu Hamid Muhəmməd ibn Muhəmməd Səmərqəndinin (öl. 1121) məntiq elminə dair ‚İrşad fi İlmü’l-Xilaf və’l-Cədəl‛ adlı əsərinə yazdığı şərhdir. Bu əsərin Türkiyədəki yeganə nüsxəsi Manisa İHK-də saxlanılır. İmadəddin ibn Kəsir onun cədəl və xilaf sahəsində böyük mütəxəssis olduğunu qeyd etmiş, lakin buna baxmayaraq dini duyğuları zəif, namaz qılmayan və faydasız işlərlə məşğul olan adam kimi tövsif etmişdi. Səlahəddin Səfədi tanınmış məntiqçi alim əllamə Seydəddin Əbu’r-Ruh İsa əl-Hənəfi Bağdadinin (öl. 1306) Bədrəddin Marağinin tələbələrindən olduğunu qeyd etmişdir. Bədrəddin Davud Maraği h. 12 cəmadiəlaxir 660-cı ildə (3 may 1262) vəfat etmişdi.
Həmçinin oxuyun:
Kitabı Ayasofiyada saxlanılan azərbaycanlı alim Qazi Burhanəddin
Tanınmış ədib və tənqidçi Muhəmməd ibn Muhəmməd əl-Azərbaycani
Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …