Bakı. AzerPress:
Kilis bələdiyyəsi su işləri rəhbərliyi polietilen boruların satınalınması üzrə tender elan edib.
AzerPress xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Boruların alınmasının başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 30 gün sonradır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
– Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
– Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
– Tender təklifləri 22 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 11:00-a qədər “Kilis Belediye Başkanlığı Destek Hizmetleri Müdürlüğü İhale Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
– Zərflərin hər küncü möhürlənməlidir.
Əlaqə nömrəsi : (+90) 348 813 10 10 – 348 813 25 17