Əsas səhifə » Keniyada məktəb yataqxanasındaki yanğında 18 şagird ölüb

Keniyada məktəb yataqxanasındaki yanğında 18 şagird ölüb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Keniyada məktəb yataqxanasında baş verən yanğında 18 şagird ölüb.

AzerVoice xəbər verir ki, Keniyanın vitse-prezidenti Riqathi Qaçaqua bu haqda açıqlama verib.

Qaçaqua açıqlamasında 10-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan yataqxanada yanğın zamanı 150-dən çox uşağın yatdığını deyib. Baş verən yanğında ən azı 18 şagirdin öldüyünü, 27 şagirdin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

banner

Verilən açıqlamada 70 uşağın itkin düşdüyü bildirilib.

Daxili İşlər Naziri Kithure Kindiki də açıqlamasında yanğın zamanı travma yaşayan uşaqların ətrafdakı evlərə sığındığını deyib.

Səlahiyyətli şəxslər yanğının səbəbinin hələ müəyyən edilmədiyini deyiblər.

Baş verən hadisəyə münasibətini bildirən Keniyanın Milli Gender və Bərabərlik Komissiyası yataqxananın həddindən artıq dolu olduğunu və təhlükəsizlik standartlarına cavab vermədiyini bildirib.

Prezident Uilyam Ruto açıqlamasında deyib ki, günahkar şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Valideynlər isə məktəbin qarşısında övladlarından xəbər gözləyirlər.

Digər Kateqoriyalar

2023 © AzerVoice