Əsas səhifə » “Karyerada Biz” Forumuna start verilib

“Karyerada Biz” Forumuna start verilib

Yamin Savalanli

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Yelo Bankın birgə təşkilatçılığı ilə “Karyerada Biz“ forumuna start verilib.

AzerVoice-a bu barədə GMD-dən məlumat verilib.

Forumda Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova, Destec Group İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, “Business Service Centre” MMC-nin təsisçisi İkram Mütəllimov, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı, Yelo Bankın İşəqəbul şöbəsinin meneceri Aygün Məhərrəmova Kazımova spiker qismində iştirak edir.

banner

300-dən çox gəncin iştirakı ilə reallaşan forumda gənclər təşkilatlarının və müxtəlif qurumların stendləri yer alıb. Gənclər məhz bu stendlərə yaxınlaşaraq həm ətraflı məlumat əldə edəcək, həm də müxtəlif hədiyyələr qazanacaqlar.

Forum zamanı aktiv olan gənclər isə iştiraklarını təsdiq edən sertifikatla yanaşı, sponsorlar tərəfindən hazırlanmış hədiyyələrlə mükafatlandırılacaq.

Forumda sponsor qismində Shahdag Travel, “Patron Group”, Qonaqol Restoranı, Medika Hospital, Safavy.org, Handex, Sənan Hüseynzadə School iştirak edərək gənclərə bir-birindən faydalı təlim paketləri, promo məhsullar, endirim kuponları və s. kimi maraqlı hədiyyələr təqdim edəcək.

Məlumat üçün qeyd edək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi gənclərin maarifləndirilməsi üçün çoxsaylı forumlar, layihələr, düşərgələr həyata keçirib.

Xatırladaq ki, TurkicWorld ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında rəsmi media tərəfdaşlığı 2024-cü ilin fevral ayının 15-də imzalanıb.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Digər Kateqoriyalar

2023 © AzerVoice