Əsas səhifə » “Karyerada Biz” Forumu gənclərin inkişafına təsir göstərir

“Karyerada Biz” Forumu gənclərin inkişafına təsir göstərir

Tasnim İsmixan

Bakı, AzerVoice

“Karyerada Biz” Forumu gənclərin inkişaf etməsinə təsir göstərir.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təcrübəçisi Fidan Qəniyeva deyib.

“Forumda əsasən spikerlərin həyat təcrübələri, biznesin qurulması, düzgün karyera seçiminin yollarını öyrəndik. Çıxışlar vasitəsi ilə gənclər bir çox yeni məlumatlar əldə etdi.” – deyə o bildirib.

banner

Azərbaycan gənci qeyd edib ki, bu istiqamətdə keçirilən tədbirlər gənclərin marağına səbəb olur.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Yelo Bankın birgə təşkilatçılığı ilə “Karyerada Biz“ forumu keçirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice