Əsas səhifə » Karesi Bəyliyi necə ilhaq edildi?

Karesi Bəyliyi necə ilhaq edildi?

admin

Bakı, AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Karesi Bəyliyi şimal-qərbi Anadoluda kökləri Danişmendlilərə gedib çıxan bir sülalə tərəfindən qurulub. 1334-cü ildə Qərbi Anadolunu türklərdən xilas etmək üçün hərəkətə keçən Səlibçi donanmasından böyük zərbə alan Karesi bəyliyində hökmdar Yahşi bəyin ölümündən sonra daha böyük çaxnaşma yarandı. Bundan sonra Dəmirhan bəylə Dursun bəy arasında hakimiyyət uğrunda mübarizə başladı. Dəmirhan bəyi bu vəzifə üçün uyğun görməyən Karesi bəyliyinin yüksək səviyyəli əyanları Dursun bəyi taxta çıxarmaq üçün hərəkətə keçdi və Orxan Qazidən kömək istədilər. Bunun əvəzində Orxan Qaziyə Berqama, Edremid və Balıkəsir əraziləri təklif edildi.

Orxan Qazi Dursun bəylə birlikdə Karesi ərazisinə daxil olaraq şəhərləri bir-bir fəth etməyə başladı. Berqama qalasına sığınan Dəmirhan bəy burada mühasirəyə alındı. Dursun bəy qardaşını təslim olmağa razı salmaq üçün Karesi əyanları ilə qala önünə gedəndə oxla öldürüldü.

banner

Bu hadisədən sonra nə edəcəyini bilməyən Berqamalılar Dəmirhan bəyi təslim olmağa məcbur etdi. Bursaya aparılan Dəmirhan bəy iki ildən sonra burada vəfat etdi və bununla da bütün Karesi torpaqları Osmanlıların əlinə keçdi.

Orxan Qazi 1345-ci ildə fəth edilən Karesi bölgəsinin idarəsini oğlu Süleyman Paşaya verdi.

Karesi bəyliyinə daxil olan Balıkəsir, Manyas, Kapıdağı ərazilərinin fəthi o zamana qədər Bizanslılara qarşı qazanılan qələbələrdən daha əhəmiyyətli idi. Çünki Boğazın cənub sahillərini ələ keçirən Osmanlılar bu bəyliyin dəniz təcrübələrindən yararlanaraq ilk fürsətdə Rumeliyə gedəcəkdilər. Bundan başqa, Karesi bəyliyinin xidmətində olan Hacı İlbəyi, Ece Halil, Qazi Fazil bəy kimi şəxslər Osmanlı dövlətinə xidmət etməyə başladı və dövlətin nüfuzlu əsgər və idarəçilərinə çevrildi. Bu şəxslərin Osmanlı qoşunlarının Rumelini fəth etməsində üstün xidmətləri olub.

Silsilə xəbərlər

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice