Əsas səhifə » Japarov Qırğızıstanın Cəlal-Abad şəhərinin türk dünyasının turizm paytaxtı elan edilməsini təklif edib

Japarov Qırğızıstanın Cəlal-Abad şəhərinin türk dünyasının turizm paytaxtı elan edilməsini təklif edib

Laman Asadli

Bakı, AzerPress:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Cəlal-Abad şəhərinin 2025-ci ildə türk dünyasının turizm paytaxtı elan edilməsini təklif edib.

AzerPress xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında bildirib.

Məlumata əsasən, tədbir zamanı Japarov turizm sənayesini birgə inkişaf etdirməyi də təklif edib.

banner

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice