Əsas səhifə » İxracat sıralamasına görə Türkiyə dünya ölkələri arasında üçüncü yerdədir – Ərdoğan

İxracat sıralamasına görə Türkiyə dünya ölkələri arasında üçüncü yerdədir – Ərdoğan

Laman Asadli

Bakı, AzerPress:

İxracat sıralamasına görə Türkiyə dünya ölkələri arasında üçüncü yerdədir.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yanvar-oktyabr aylarında Türkiyə ixracat həcmi 254,8 milyard dollara çatıb. Bundan əlavə, son 2 ayda illik cari balansda 7,3 milyard dollar artım əldə edilib. Kəmiyyət baxımından ixracın artması şübhəsiz vacibdir, lakin Türkiyə olaraq bundan sonra ixracda keyfiyyətin artmasına diqqət yetirməliyik”,, – deyə o əlavə edib.

banner

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 49 milyard 991 milyon dollara bərabər olub.

Bu ilin yanvar-sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 461 milyard 636 milyon dollar təşkil edib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,5 faiz azalaraq 187 milyard 204 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 1,2 faiz artaraq 274 milyard 432 milyon dollar təşkil edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice