Əsas səhifə » İtaliyada 1570 nəfər Katolik Kilsəsi tərəfindən zorakılığa məruz qalıb

İtaliyada 1570 nəfər Katolik Kilsəsi tərəfindən zorakılığa məruz qalıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

İtaliyada 15 ildə 1570 nəfər Katolik Kilsəsi tərəfindən zorakılığa məruz qalıb.

AzerVoice xəbər verir ki, bu barədə İtaliyada Zorakılıq Qurbanları qrupunun (Rete l’Abuso) hazırladığı hesabatda məlumat verilib.

Sözügedən qrupun bu gün keçirilən mətbuat konfransında bildirilib ki, İtaliyada son 15 ildə 192 qadın və 1378 kişi olmaqla 1570 nəfər katolik ruhaniləri və kilsə işçiləri tərəfindən cinsi istismara məruz qalıb. .

banner

Həmçinin hesabatda zorakılıq edənlər arasında 330 keşiş, 1 rahibə və 29 kilsə məmurunun olduğu bildirilib.

Qrupun prezidenti Françesko Zanardi, verdiyi açıqlamada İtaliya Yepiskoplar Konfransının hesabatında qeyd olunan (CEI) 956 qurbanın rəhbərlik etdiyi qrupun hazırladığı hesabatda dərc edilmədiyini deyib.

Zanardi həmçinin statistik rəqəmlərin artan istiqamətdə getməsinin narahatlıq doğurduğunu bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice