Əsas səhifə » İtaliya prezidenti Özbəkistana rəsmi səfər edəcək

İtaliya prezidenti Özbəkistana rəsmi səfər edəcək

Laman Asadli

Bakı. AzerPress:

İtaliya prezidenti Sercio Mattarella 9-11 noyabr tarixlərində Özbəkistanda rəsmi səfərdə olacaq.

AzerPress xəbər verir ki, səfər çərçivəsində İtaliya prezidenti Daşkənddə və Səmərqənddə Turin Politexnik Universitetini ziyarət edəcək.

“2022-ci ilin iyununda imzalanmış Strateji Tərəfdaşlıq Sazişi və İtaliya ilə beş Mərkəzi Asiya ölkəsi arasında məsləhətləşmə mexanizmi çərçivəsində Roma ilə münasibətləri tədricən gücləndirən Özbəkistan hökuməti S.Matarellanın səfərini dəstəkləyir”, – deyə İtaliya mətbuatında bildirilib.

banner

Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ilin iyununda İtaliyaya rəsmi səfər edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice