Əsas səhifə » İsveç terrorizmə yanaşmasını dəyişəcəyi təqdirdə, biz də onlara dürüst davranacağıq – Ərdoğan

İsveç terrorizmə yanaşmasını dəyişəcəyi təqdirdə, biz də onlara dürüst davranacağıq – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

İsveç terrorizmə yanaşmasını dəyişəcəyi təqdirdə, biz də onlara dürüst davranacağıq.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildiyiniz kimi, dünən axşam Baydenlə ətraflı görüşümüz oldu və bu görüşün əsas mövzuları F-16 ilə bağlı inkişaflar oldu. Bayden F-16 ilə bağlı inkişaflara müsbət yanaşdığını və bununla bağlı konqresə istənilən təklifi verməyə hazır olduğunu bildirib. Onlar bildirdilər ki, bizim İsveçə yanaşmamız və parlamentimizin verəcəyi qərar onları xüsusilə maraqlandırır. İsveç terrorizmə yanaşmasını dəyişəcəyi təqdirdə, biz də onlara dürüst davranacağıq”,- deyə Ərdoğan bildirib.

banner

Türkiyə prezidenti qeyd edib ki, biz Baydenlə Qəzza məsələsini ətraflı müzakirə etdik. Biz bu məsələdə əlimizdən gələni etməyə davam edəcəyik. İsraildən xoş niyyət gözləmək mümkün deyil. 121 ölkə bizimlə hərəkət etdi. İndi zaman dəyişib. İsrail tənhalığa doğru gedir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice