Əsas səhifə » İsveç İsrail-Fələstin münaqişəsinin bütün tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb

İsveç İsrail-Fələstin münaqişəsinin bütün tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb

Aytac Suleymanova

Bakı. AzerPress:

İsveç İsrail-Fələstin münaqişəsinin bütün tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

AzerPress-in məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda, bütün tərəflər beynəlxalq humanitar hüquqa riayət etməyə çağırılıb və mühasirədə olan Qəzza zolağına qida, su, dərman və yanacağın “tez və təhlükəsiz” keçidinin vacib olduğu vurğulanıb.

banner

Bəyanatda Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının (BMT) bölgəyə humanitar və tibbi yardımların çatdırılması üçün humanitar yardım dəhlizinin yaradılması səylərinin də dəstəkləndiyi qeyd edilib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumları nəticəsində 3 min 542-si uşaq olmaqla 8 min 525 nəfər həyatını itirib.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice