113
Bakı. AzerPress:
1 yanvar tarixində İstanbulda PKK terror təşkilatı və İsrailə qarşı mitinq keçiriləcək.
AzerPress xəbər verir ki, “Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” yürüşü üçün yüz minlərlə insan Qalata körpüsündə bir araya gələcək.
Məlumata əsasən, 308 qeyri-hökumət təşkilatının təşkil edəcəyi yürüşlə həm PKK terroru, həm də İsrail zülmü pislənəcək.
Qeyd edək ki, oktyabrın 7-də İsrail- Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 21 min 110 nəfərə çatıb.