Əsas səhifə » İstanbulda Aralıq dənizi üçün ən əhatəli iqlim dəyişikliyi mərkəzi yaradılacaq

İstanbulda Aralıq dənizi üçün ən əhatəli iqlim dəyişikliyi mərkəzi yaradılacaq

Aytac Suleymanova

Bakı. AzerPress:

İstanbulda Aralıq dənizi üçün ən əhatəli iqlim dəyişikliyi mərkəzi yaradılacaq.

AzerPress-in məlumatına görə, İstanbulda yaradılacaq və Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdin fəaliyyət göstərəcək “İqlim Dəyişikliyi üzrə Regional Fəaliyyət Mərkəzi”, Aralıq dənizində iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və iqlim dəyişikliyinə regional uyğunlaşmanın təmin edilməsi üzrə milli və regional layihələr həyata keçirəcək.

İstanbulda qurulacaq mərkəz, iki il ərzində quruluş proseslərini tamamlayacaq və 2025-ci ilin dekabrında keçiriləcək Barselona Konvensiyası 24-cü Tərəflər Konfransından sonra açılacaq. Mərkəz, iqlim dəyişikliyinin Aralıq dənizi regionuna təsirlərinin azaldılması və iqlim dəyişikliyinə regional adaptasiyanın təmin edilməsi üzrə BMT və Aİ fondlarından faydalanaraq milli və regional layihələr həyata keçirəcək.

banner

Qeyd edək ki, Barselona Konvensiyası, Aralıq dənizinin çirklənmədən qorunması üçün BMT-nin Ətraf-Mühit proqramı Aralıq dənizi Fəaliyyət Planı çərçivəsində regional dənizlərin çirklənməsinə qarşı qəbul edilmiş bir konvensiyadır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice