Əsas səhifə » İstanbul böyük şəhər bələdiyyəsi tender elan edib

İstanbul böyük şəhər bələdiyyəsi tender elan edib

admin

Bakı, AzerPress

Istanbul böyük şəhər bələdiyyəsi Bahçelievler Kocasinan İdman komplekti və Yeraltı Dayanacağın İnşaatının yekunlaşması ( ümumi sahə 42.903 m² ) üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştiak edə bilər. İnşaat işlərinin təhvil verilmə tarixi tenderin nəticələrinin açıqlanmasında 450 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

banner

– Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

– Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

– Tender təklifləri 17 aprel 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Hacı Ahmet Mah. Muhsin Yazıcıoğlu Cad. No:1 34440 Kasımpaşa Beyoğlu/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

– Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 212 449 47 96 , 212 449 50 59

Digər Kateqoriyalar

2023 © AzerVoice