Əsas səhifə » İstanbul BMT-nin regional mərkəzinə çevrilir

İstanbul BMT-nin regional mərkəzinə çevrilir

Aytac Suleymanova

Bakı. AzerPress:

İstanbul BMT-nin regional mərkəzinə çevrilir.

AzerPress-in məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin son iclasında Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatı arasında BMT-nin İnkişaf Koordinasiyasının Regional Ofisinin İstanbulda yaradılmasına dair qanun layihəsi müzakirə edilərək qəbul edilib.

Komissiyanın qəbul etdiyi təklifin yeni ildə Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində müzakirəyə çıxarılması və qanuna çevrilməsi gözlənilir.

banner

Qeyd edək ki, Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2022-ci il noyabrın 9-da ABŞ-ın Nyu-York şəhərində imzalanmış sazişin əsaslandırılmasında qeyd olunub ki, İstanbulda yaradılacaq BMT-nin İnkişaf Əlaqələndirmə Regional Ofisi BMT-nin Avropa və Mərkəzi Asiya üzrə rezident əlaqələndiricilərinə dəstək vəzifəsini yerinə yetirəcək.

Əsasnamədə vurğulanıb ki, İstanbulda BMT-nin İnkişaf Koordinasiyası Regional Ofisinin yaradılması ilə bağlı razılaşma Türkiyənin “İstanbulun BMT-nin mərkəzinə çevrilməsi” hədəfi çərçivəsində atılan konkret addımdır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice