Əsas səhifə » İsraillə atəşkəs danışıqlarında irəliləyiş yoxdur – HƏMAS

İsraillə atəşkəs danışıqlarında irəliləyiş yoxdur – HƏMAS

Azer Voice

Bakı,VOA

HƏMAS hərəkatının lideri Usamə Həmdan Qəzza müharibəsi ilə bağlı İsraillə atəşkəs danışıqlarında irəliləyiş olmadığını bildirib. VOA xəbər verir ki, o qeyd edib ki , HƏMAS qalıcı atəşkəsə, Qəzza zolağından hərtərəfli geri çəkilməyə və real mübadilə razılaşmasına əsaslı və birbaşa zəmanət verən istənilən formulla müsbət yanaşmağa hazır olduğumuzu bir daha təsdiqləyir.

Həmdan qeyd edib ki, irəliləyişin əldə olunmamasında səbəb İsrail hökümətinin dəyişməz mövqeyidir.

Qeyd edək ki, Birləşmiş Ştatlar razılaşmanın bağlanması üçün İsrail və HƏMAS hərəkatı arasında atəşkəs və girovların azad edilməsi üçün təklif olunan razılaşmanın hissələrinə yeni ifadələr təklif edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice