Əsas səhifə » İsrailin yardım işçilərinə hücumu ilə bağlı izahatı qəbuledilməzdir – Pedro Sançes

İsrailin yardım işçilərinə hücumu ilə bağlı izahatı qəbuledilməzdir – Pedro Sançes

Tasnim İsmixan

Bakı. AzerVoice:

İsrailin yardım işçilərinin hücumu ilə bağlı izahatı qəbuledilməzdir. 

AzerVoice-nin məlumatına görə, bunu İspaniyanın baş naziri Pedro Sançes Qətər səfiri ilə birgə mətbuat konfransı zamanı deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu qeyd edib ki, qüvvələrimiz qeyri-döyüşçülərə bilmədən zərər vurub və bu müharibədə baş verir.

banner

“Bu açıqlama qəbuledilməzdir. Biz daha güclü və təfərrüatlı izahat gözləyirik.” – deyə Sançes bildirib.

Xatırladaq ki, İsrail ordusu Qəzza zolağında fəaliyyət göstərən World Kitchen Center-in (WCK) humanitar yardım işçilərinə hücum edib. Hücum zamanı yeddi yardım işçisi həlak olub. 

Təsnim Rufizqızı

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice