Əsas səhifə » İsrailin soyqırımı cinayəti ilə mühakimə olunduğu işə İspaniya da qoşuldu

İsrailin soyqırımı cinayəti ilə mühakimə olunduğu işə İspaniya da qoşuldu

Yamin Savalanli

Bakı, VOA

İspaniya Cənubi Afrika Respublikasının İsraili “soyqırım”da ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə müdaxilə etmək istəyini rəsmiləşdirib.

VOA xəbər verir ki, bu barədə həm Beynəlxalq Ədalət Məhkəməsi (ICJ)həm də İspaniya Xarici İşlər Nazirliyi tərəfindən yazılı açıqlama verilib.

İspaniyanın “Qəzza zolağında Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasının Tətbiqi” başlıqlı işə qoşulmaq üçün lazımi rəsmi tələbi ICJ-yə təqdim etdiyi bildirilib.

banner

Nazirlik açıqlamasında 1948-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına uyğun olaraq və məhkəmə nizamnaməsinin 63-cü maddəsindən istifadə edərək işə müdaxilə etdiyini bildirib.

Həmçinin, bəyanatda “1948-ci il Konvensiyasına üzv dövlət olmanın məsuliyyəti ilə, beynəlxalq hüquqa və ICJ-nin işinə ciddi riayət etmək şüuru ilə İsrailə qarşı açılan soyqırım işinə müdaxilə etdiyimiz” qeyd edilərək ətraflı açıqlama verilmişdir.

Digər Kateqoriyalar

2023 © AzerVoice