Əsas səhifə » İsrailin silah satışı rekord həddə çatıb

İsrailin silah satışı rekord həddə çatıb

Yamin Savalanli

Bakı. VOA:

İsrailin silah satışı rekord qıraraq 13 milyard dollara yüksəldiyi bildirilib.

VOA xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin bu gün açıqladığı rəqəmlərə görə, İsrailin illik silah satışı 2023-cü ildə ardıcıl üçüncü dəfə yeni rekorda çataraq, beş il əvvəlki ilə müqayisədə təxminən iki dəfə artıb.

Nazirliyin SIBAT olaraq tanınan Beynəlxalq Müdafiə Əməkdaşlıq Qurumu, 2022-ci ildə 12,5 milyard dollar olan müdafiə sənayesi ixracatının keçən il 13 milyard dollara çatdığını açıqladı. Bu rəqəmlər 2018-2020-ci illər arasında 7,5-8,5 milyard dollar arasında dəyişib.

banner

Nazirlikdən verilən açıqlamada, “Müharibəyə baxmayaraq, 2023-cü il yeni rekorda imza atdı və mühüm ixracat müqavilələrinə şahid oldu” deyə qeyd edilib.

İxracatın ən böyük hissəsini 36 %-lə hava hücumundan müdafiə sistemləri təşkil edib. Bu əsasən İsrailin Almaniyaya 4 milyard avro dəyərində Arrow-3 raketdən müdafiə sistemini satmasından qaynaqlanır.

Silah satışının 11 faizini radar və elektron döyüş sistemlərinin, 11 faizini isə silah buraxılış sistemlərinin ixracı təşkil edib. Kiber kəşfiyyat sistemləri isə 2023-cü ildə bütün satışların 4 faizini əhatə edib.

Həmçinin onu da əlavə edək ki, ixracın 48 faizi Asiya-Sakit okean regionuna, 35 faizi Avropaya, 9 faizi Şimali Amerikaya, 3 faizi Latın Amerikasına, 1 faizi Afrikaya olub.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2023-cü il hesabatına görə, İsrailin silah alışlarının 69 faizi ABŞ şirkətlərindən, 30 faizi Almaniyadan və 0,9 faizi İtaliyadan həyata keçirilir.

SIPRI hesabatına görə, 2023-cü ilin sonuna qədər İsrailə gözlənilən əsas silah tədarükləri arasında ABŞ-dən 61 döyüş təyyarəsi və Almaniyadan 4 sualtı qayıq olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice