Əsas səhifə » İsrailin Rəfahdakı genişmiqyaslı əməliyyatları yeni humanitar faciə yaradacaq – Fransa XİN

İsrailin Rəfahdakı genişmiqyaslı əməliyyatları yeni humanitar faciə yaradacaq – Fransa XİN

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

İsrailin Rəfahdakı genişmiqyaslı əməliyyatları yeni humanitar faciə yaradacaq.

AzerVoice-nin məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi bildirib.

“İsrailin 1,3 milyon insanın sığındığı Rəfahdakı genişmiqyaslı əməliyyatları Qəzza zolağında baş verən humanitar fəlakəti yeni ölçüyə daşıyacaq. Qəzza xalqının sülhü İsrailin yanında sülh və əmin-amanlıq içində yaşayan Fələstin dövlətinin qurulması ilə mümkün olacaq.” – deyə bəyanatda bildirilib.

banner

Qeyd olunub ki, Fransa beynəlxalq humanitar hüquqa zidd olan məcburi köçkünlüyün əleyhinədir.

Məlumat üçün bildirək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rəfah qapısı bölgəsinə əməliyyat keçirmək üçün İsrailin ehtiyat qüvvələrini səfərbər etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice