64
Bakı. AzerPress:
İsrailin Qəzzaya hücumu nəticəsində daha üç əməkdaşımız öldürülüb.
AzerPress-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.
“Davam edən hava zərbələri zamanı son 24 saat ərzində 3 UNRWA işçisi və onların ailələri evlərində öldürülüb” – deyə UNRWA açıqlamasında bildirib.
Qeyd edilib ki, oktyabrın 7-dən Qəzzada öldürülən UNRWA əməkdaşlarının sayı 67-yə yüksəlib.
Hafiz Rufizoğlu