Əsas səhifə » İsrailin hücumlarında HƏMAS lideri öldürüldü

İsrailin hücumlarında HƏMAS lideri öldürüldü

Orkhan Qadirzade

Bakı, AzerVoice

HAMASIN İzzəddin əl-Qəssam Briqadalarının Livandakı liderlərindən olan Səid Əli İsrailin hücumu zamanı həyat yoldaşı Şeyma Xəlil Əzzam və iki uşağı ilə birgə həlak olub.

AzerVoice xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada Əlinin Livanın şimalındakı əl-Bəddavi Qaçqınlar Düşərgəsindəki bir evdə yaşadığı və hücumunda bu evə edildiyi bildirilib.

Həmçinin açıqlamada, Qəssamın intiqam alacağı ifadə edilib.

banner

Beddavi Qaçqınlar Düşərgəsinə edilən bu hücum 2023-cü ilin oktyabrında İsrail və Hizbullah arasında qarşıdurma başlayandan bəri edilən ilk hücumdur.

İsrailin hücumu pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirdiyi deyilir.

Xatırladaq ki, İsrailin sentyabrın 30-da Livanın cənubundakı Əl-Bass Qaçqınlar Düşərgəsinə hücumunda HƏMAS-ın Livandakı aparıcı üzvlərindən olan Fəth Şərif Əbu Əmin ailəsi ilə birgə həyatını itirmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice