Əsas səhifə » İsrailin Fələstinliləri ölkəmizə deportasiya cəhdi müharibə elanıdır – İordaniya XİN

İsrailin Fələstinliləri ölkəmizə deportasiya cəhdi müharibə elanıdır – İordaniya XİN

Yamin Savalanli

Bakı, AzerVoice

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi İsrailin işğal altında olan İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdini “müharibə elanı” kimi qiymətləndirəcəklərini bildirib.

AzerVoice xəbər verir ki, bu haqda Safedi rəsmi təmaslar üçün Əmmana gələn alman həmkarı Annalena Baerbock ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

İsrailin Qüdsdəki müqəddəs yerlərə basqınları ilə bağlı məhkəməyə müraciət edilməsi üçün İordaniyanın lazımi hüquqi sənədləri hazırladığını bildirən Safedi, bu sənədlərin hansı orqana təqdim ediləcəyi barədə məlumat verməyib.

banner

Safadi vurğulayıb ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdi “müharibə elanı” kimi qiymətləndiriləcək.

İordan çayının qərb sahili və bütün bölgə savaş bölgəsinə çevrilməmiş beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağıran Safedi, bölgədəki vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün atılacaq ilk addımın Fələstin torpaqlarına edilən hücumların dərhal dayandırılması olduğunu deyib.

HƏMAS və İsrail arasında birbaşa olmayan danışıqlara gəlincə, İordaniya xarici işlər naziri İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyini dəyişdirərək və yeni şərtlər irəli sürərək danışıqları pozduğunu bildirib.

Almaniyanın xarici işlər naziri Baerbok çıxışında İsrail hökumətindəki nazirlərin Qüdsdəki müqəddəs yerlərlə bağlı bəyanat və hərəkətlərini pisləyib və bunların mövcud gərginliyi daha da artırdığını bildirib.

Almaniyanın İsrailə silah satışını niyə dayandırmadığı sualına isə Baerbok, “Silah ixracı ilə bağlı sərt siyasət izləyirik və bu mövzuda qərarlıyıq. İsrailə ixrac etdiyimiz silahlar müharibə silahı deyil” deyib.

Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətin Livan və İrana sirayət etməsindən danışan Baerbok vurğuladı ki, “Orta və Yaxın Şərq əsl fəlakət astanasındadır və bu kontekstdə regionda daimi sülhün və iki dövlətli həll yolu həyata keçirilməsi vacibdir.”

Digər Kateqoriyalar

2023 © AzerVoice