Əsas səhifə » İsrail və HƏMAS danışıqları bərpa edib

İsrail və HƏMAS danışıqları bərpa edib

Laman Asadli

Bakı. AzerPress:

ABŞ Qəzza zolağında yeni atəşkəs və israilli girovların azad edilməsi barədə çox ciddi danışıqlar getdiyini bildirib.

AzerPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Məlumata görə, HƏMAS İsrail Qəzza zolağında hərbi əməliyyatları tamamilə dayandırmayacağı təqdirdə güzəştə getmək istəmir.

banner

Danışıqlarda Misirin vasitəçilik etdiyi qeyd olunub. Belə ki, HƏMAS lideri İsmayıl Haniya ötən gün Misir rəsmiləri ilə danışıqlar üçün ölkəyə səfər edib. Danışıqlarda İsraildə həbsdə olan fələstinlilərin müqabilində hansı israilli girovların azad edilə biləcəyi müzakirə olunub.

Bununla belə, HƏMAS lideri İsmayıl Haniyanın KİV üzrə məsləhətçisi Taher əl-Nono İsrail Qəzza zolağında hərbi əməliyyatları tamamilə dayandırmayacağı təqdirdə HƏMAS-ın yeni israilli girovların azad edilməsi məsələsini müzakirə etmək istəmədiyini bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice