Əsas səhifə » İsrail təyyarəsi Antalyada təcili eniş etdi

İsrail təyyarəsi Antalyada təcili eniş etdi

Yamin Savalanli

Bakı, VOA

Diplomatik mənbələr Polşanın paytaxtı Varşavadan İsrailin paytaxtı Təl-Əvivə gedən İsrailin El Al Hava Yollarına məxsus təyyarənin Türkiyənin Antalya Hava Limanına təcili eniş etməsi ilə bağlı məlumat yayıb.

VOA xəbər verir ki, diplomatik qaynaqlar təyyarənin təcili enişinə xəstə sərnişinə görə icazə verildiyini bildirib.

“Təyyarəyə humanizm prinsiplərinə görə yanacaq veriləcəkdi, lakin müvafiq prosedur yekunlaşmaq üzrə ikən kapitan öz razılığı ilə getməyə qərar verdi”- deyə qeyd edilib.

Qeyd edək ki, İsrail mətbuatında yer alan bəzi xəbərlərdə Antalya Hava Limanı işçilərinin Varşavadan Təl-Əvivə uçan hava yolu şirkətinin İsrailə aid olduğu üçün təyyarəyə yanacaq verməkdən imtina etdiyi iddia edilib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice