Əsas səhifə » İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir – Fələstin XİN​

İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir – Fələstin XİN​

Aytac Suleymanova

Bakı. AzerVoice:

İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir.

AzerVoice-un məlumatına görə, Fələstin Xarici İşlər Nazirliyi açıqlamasında dünən gecə yüz minlərlə fələstinlinin sığındığı Rəfah şəhərinə İsrail ordusunun həyata keçirdiyi hücumlara reaksiya verib.

İsrailin Qəzza zolağı və Rəfahda mülki əhalini hədəf alan hücumları “hava zərbələri ilə əhalini köç etməyə məcbur etmək siyasətinin nümunəsi” kimi qiymətləndirilib.

banner

Bəyanatda “işğal müharibəsinin genişlənməsi və dərinləşməsinin dağıdıcı nəticələri” barədə xəbərdarlıq edilib.

“Yüzlərlə günahsız fələstinli öldürüldü, yüzlərlə fələstinli yaralandı, onlarla insan dağılmış evlərin dağıntıları altında və ya divarların arasında qalıb. İsrail ordusunun gecə saatlarında Rəfah şəhərində həyata keçirdiyi hücumlarda 100-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 nəfər yaralanıb”,- deyə bəyanatda bildirilib.

Qəzzaya hücumu və işğalı nəticəsində on minlərlə fələstinlini qətlə yetirən İsrail, bölgənin şimal və mərkəzi bölgələrində əhalinin əksəriyyətini Misir sərhədindəki Rəfah şəhərində cəmləşdirməyə məcbur edib.

İsrail hücumlar boyu şimaldakılar üçün təhlükəsiz zona elan etdiyi cənub bölgəsini indi qurudan işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir. Təxminən 1 milyon 400 min dinc sakin Rəfahda sıxışıb. Beynəlxalq ictimaiyyət İsrailə xəbərdarlıq edir ki, Rəfaha hərtərəfli hücum yeni və böyük faciəyə səbəb olacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice