Əsas səhifə » İsrail Nusayrat Qaçqın Düşərgəsinə hücum edib

İsrail Nusayrat Qaçqın Düşərgəsinə hücum edib

Hafiz Rufizoglu

Bakı, VOA

İsrail Nusayrat Qaçqın Düşərgəsinə hücum edib.

VOA xəbər verir ki, bu barədə Qəzza zolağındakı Mülki Müdafiə Müdirli açıqlama verib.

Qəzza zolağına hava hücumunda İsrail ordusunun birbaşa hədəfində olan mülki müdafiə qruplarından 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.

banner

Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsində yerləşən Büreyc mərkəzindəki mülki müdafiə bölməsinin qərargahı birbaşa İsrail döyüş təyyarələri tərəfindən vurulub.

Hücum zamanı mülki müdafiə dəstəsinin 3 üzvünün öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Xatırladaq ki, İsrail eyni zamanda Qəzzadakı mülki əhalinin evlərini hədəf alıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice