Əsas səhifə » İsrail Livana hücumla bağlı “blöf etmir”- ABŞ senatorları

İsrail Livana hücumla bağlı “blöf etmir”- ABŞ senatorları

Azer Voice

Bakı,AzerVoice

İsrail Hizbullaha qarşı hücumla bağlı “blöf etmir”, lakin Qəzzada atəşkəs Livanda gərginliyin azaldılmasına yol aça bilər, AzerVoice xəbər verir ki, bunun ABŞ-ın senatorları Chris Coons və Richard Blumenthal bildiriblər.

Senatorlar bildiriblər ki, İsrailin Hizbullaha qarşı mümkün hərbi hücumunun qarşısı alına bilər və Qəzzada barışıq Livan üçün “müsbət rol”oynaya bilər.
Onlar bildiriblər ki, qarşıdakı həftələr region və Livan üçün həlledici olacaq.

banner

Senatorlar hesab edirlər ki, növbəti bir neçə həftə Qəzza üçün, İsrail üçün, Livan üçün, Qırmızı dəniz üçün, İraq üçün həlledici ola bilər

Oktyabrın 7-də İsrail-Hizbullah toqquşması başlayandan bəri Livanın cənubunda iqtisadi itkilər təxminən 1,2 milyard dollara çatıb.

Zərər əsasən infrastruktura, yollara, binalara və kənd təsərrüfatı sahələrinə dəyib.Müəssisələrin bağlanması səbəbindən 300 milyon dollar civarında dolayı itki də var.

Baş verən lokal toquşmalar nəticəsində, Livanın cənubunda 520 ev tamamilə dağıdılıb, 3300 evə isə qismən ziyan dəyib.

Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.

İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi  nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.

Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice