Əsas səhifə » İsrail Hizbullahla müharibəyə hazırdır – İsrail MN

İsrail Hizbullahla müharibəyə hazırdır – İsrail MN

Fərid Mikayilov

Bakı,VOA

İsrail Livanda Hizbullaha qarşı müharibə istəmir, lakin ordumuz müharibəyə hazırdır.

VOA xəbəri verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant deyib.

“Əgər Hizbullah müharibəni seçsə, biz nə edəcəyimizi bilirik. Əgər onlar sülhü seçsələr, biz də lazımi şəkildə cavab verəcəyik”,- deyə Qalant bildirib.

banner

Qəzza müharibəsi başlayandan bəri İsrail və Livan arasındakı sərhəd bölgəsində İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar baş verir.

Münaqişənin intensivliyi son vaxtlar xeyli artıb və bir çox ölkələr öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

İsrail və Livan arasında mümkün açıq müharibənin İran və ABŞ-ı da əhatə edə biləcək regional münaqişəyə çevriləcəyindən ehtiyatlanır.

“Əgər İsrail genişmiqyaslı hərbi hücuma başlasa, bu, dağıdıcı müharibəyə gətirib çıxaracaq”,- deyə İranın BMT-dəki missiyası Facebook-dakı paylaşımında xəbərdarlıq edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice