Əsas səhifə » İsrail-Fələstin münaqişəsinin yeganə həlli paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasıdır – Hakan Fidan

İsrail-Fələstin münaqişəsinin yeganə həlli paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasıdır – Hakan Fidan

Laman Asadli

Bakı, AzerPress:

İsrail-Fələstin münaqişəsinin yeganə etibarlı həlli paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan 2023 Beynəlxalq Strateji Rabitə Sammitinin (Stratcom) açılış mərasimində çıxışı zamanı deyib.

“Qərb ölkələrinin atəşkəs çağırışı belə edə bilməməsi mənəvi və siyasi tənəzzüldən xəbər verir. Qərb dünyası İsrailin hərbi cinayətlərinə sərt reaksiya bildirməlidir. Qəzzada İsrail mətbuatı faktları gizlədib. Tam atəşkəs əldə edilməli və yardım fasiləsiz olaraq Qəzzaya daxil olmalıdır. Türkiyə olaraq iki istiqamətdə səylərimizi davam etdiririk. Birincisi regiona yardım, ikincisi daimi sülhdür. Türkiyə hazırda intensiv diplomatik görüşlər keçirir. Türkiyə hər zaman Fələstinin yanındadır”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 14 min 854 nəfər həyatını itirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice