Əsas səhifə » İsrail-Fələstin münaqişəsi bir daha sübut etdi ki, BMT TŞ artıq öz missiyasını itirib – Ərdoğan

İsrail-Fələstin münaqişəsi bir daha sübut etdi ki, BMT TŞ artıq öz missiyasını itirib – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

İsrail-Fələstin münaqişəsi bir daha sübut etdi ki, BMT Təhlükəsizlik Şurası artıq öz missiyasını itirib.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar və qlobal sistem bu vəhşilik qarşısında çox pis sınaqdan keçir. Qlobal sülh və sabitliyin təmin edilməsindən məsul olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu prosesdə tamamilə bərbad vəziyyətdədir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 40 ölkə bitərəf qalıb, 121 ölkə isə bəli səsini verib. Səsvermə ilə qəbul edilən qərar bəşəriyyətin ümumi vicdanını əks etdirməsi baxımından mənalı və dəyərli idi. Bizi uşaqların ölümləri qədər kədərləndirən başqa bir vəziyyət də Qəzza böhranında beynəlxalq media qurumlarının qərəzli nəşrləri oldu”,- deyə Ərdoğan bildirib.

banner

Ərdoğan əlavə edib ki, İsrail bütün çətinliklərə baxmayaraq, Qəzzada baş verən humanitar faciəni dünyaya bəyan etməyə çalışan jurnalistləri də öldürür. İsrailin hücumları nəticəsində indiyə qədər 60- dan çox jurnalist qətlə yetirilib.

“Türkiyə olaraq ilk gündən Qəzza xalqının yanında olmuşuq və İsrail zülmünə qarşı çıxmışıq. Eyni zamanda, İsrailin həqiqəti yox etmək və ya təhrif etmək məqsədi daşıyan təbliğat savaşına da icazə verməmişik və bu mübarizəni də davam etdirəcəyik”,- deyə Türkiyə prezidenti vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice