Əsas səhifə » İsrail dövlətinə göstərdiyiniz 50 illik dəstəyə görə təşəkkür edirəm-Netanyahu

İsrail dövlətinə göstərdiyiniz 50 illik dəstəyə görə təşəkkür edirəm-Netanyahu

Yamin Savalanli

Bakı, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə görüşdüyü ABŞ prezidenti Co Baydenə “İsrail dövlətinə 50 illik dəstəyi” üçün təşəkkür edib.

AzerVoice xəbər verir ki, İsrailin baş nazirinin Konqresdə alovlu çıxışından bir gün sonra o Baydenlə görüşüb. Görüşlə paralel olaraq, Fələstin tərəfdarı olan minlərlə nümayişçi çöldə etiraz aksiyası keçirib.

Danışıqlar başlamazdan əvvəl Oval Ofisdən açıqlama verən Netanyahu, bazar günü 2024-cü il seçki yarışından geri çəkilən Baydenlə səlahiyyət müddətinin qalan hissəsində işləməyi “səbirsizliklə gözlədiyini” söyləyib.

banner

Bunun qarşılığında “Mən də bunu səbirsizliklə gözləyirəm” deyə Bayden cavab verib.

İclasdan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Qəzzada atəşkəs razılaşmasının yaxın olduğuna inandığını bildirib. Kirbi öz video şərhində “Biz inanırıq ki, boşluqlar bağlana bilər” dedi.

“Biz inanırıq ki, təcili çəkildə girovların ailələri ilə birlikdə aid olduqları yerə qaytarılması, atəşkəsin qüvvəyə minməsi və beləcə Qəzzada düşmənliklərin sona çatdırılması istiqamətində çalışmalıyıq”,-deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin baş naziri Harrislə görüşü planlaşdırılmadan əvvəl Qəzzada əsir olan amerikalıların ailələri ilə də görüşüb.

Associated Press-in məlumatına görə, Harris Qəzzadakı insan itkisi ilə bağlı administrasiyanın digər üzvlərinə nisbətən daha açıq sözlü olsa da, yüksək səviyyəli bir administrasiya rəsmisi jurnalistlərə bildirib ki, İsraillə bağlı “prezident və vitse-prezident arasında heç bir fikir ayrılığı yoxdur”.

İsrailin baş naziri Baydenlə görüş zamanı ona xitabən “Qürurlu yəhudi sionistindən qürurlu irlandiyalı amerikalı sionistə. 50 illik dövlət xidmətinizə və İsrail dövlətinə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm” dedi.

ABŞ rəsmiləri deyib ki, Bayden Ağ Evdəki görüş zamanı Netanyahuya may ayında ilk dəfə təqdim etdiyi Həmas ilə üç fazalı atəşkəs razılaşmasını yekunlaşdırmaq üçün təziq göstərməyi planlaşdırır.

Qeyd edək ki, Qəzza doqquz aydır davam edən hücumların dayandırılması üçün İsrailin baş nazirinə həm ölkə daxilində, həm də xaricdə təzyiqlər artır.

Digər Kateqoriyalar

2023 © AzerVoice