Əsas səhifə » İsrail dini bəyanatlarla hərbi cinayətlərə haqq qazandırmaq istəyir – Ərdoğan

İsrail dini bəyanatlarla hərbi cinayətlərə haqq qazandırmaq istəyir – Ərdoğan

Laman Asadli

Bakı, AzerPress:

İsrail dini bəyanatlarla hərbi cinayətlərə haqq qazandırmaq istəyir.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən bildirib.

“İsrail prezidenti Benyamin Netanyahu Tövratdan sitat gətirərək, dini terminlər işlətməklə öz qırğınlarına haqq qazandırmaq istəyir. İsrail rəhbərliyi fələstinlilərin evlərini, küçələrini, iş yerlərini və yaşayış yerlərini sistemli şəkildə talan edir. Qəzzada fələstinlilərin yaşamaq hüququ açıq şəkildə pozulur. Sağlam düşüncəli və müharibədə qalibin olmayacağına inanan yəhudilərin tənqidlərini aradan qaldırmağa çalışırlar. İnsanlara izah etmək lazımdır ki, İsrailin vəhşiliyinin nəinki Tövratda deyil, heç bir inancda yeri yoxdur”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Ləman Əsədli

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice