Əsas səhifə » HƏMAS əsir mübadiləsi şərtlərini açıqlayıb

HƏMAS əsir mübadiləsi şərtlərini açıqlayıb

Laman Asadli

Bakı, AzerPress:

HƏMAS əsir mübadiləsi şərtlərini açıqlayıb.

AzerPress xəbər verir ki, HƏMAS İsrailin əlində olan bütün fələstinli əsirləri azad edəcəyi halda, İsrail əsgərlərini təhvil verəcəklərini bildirib.

Məlumata əsasən, humanitar atəşkəs əldə edildikdən sonra İsrail həbsxanalarında olan 39 fələstinli azad edilmək üçün İordan çayının qərb sahilinə təxliyə edilib.

banner

Qeyd edək ki, yerli vaxtla saat 07:00-da Qəzzada humanitar fasilə başlayıb. Qəzzaya humanitar yardım və yanacağın da daxil olmasına icazə verilir. Lakin İsrail ordusu atəşkəsi pozaraq Qəzzanın şimalına keçmək istəyənlərə atəş açıb. Çoxlu sayda yaralının olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 14 min 854-ə yüksəlib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice