Əsas səhifə » İsrail ABŞ silahlarıyla Qəzzada insanları öldürürdü – Bayden

İsrail ABŞ silahlarıyla Qəzzada insanları öldürürdü – Bayden

Hafiz Rufizoglu

Bakı,AzerVoice
İsrail ABŞ silahlarıyla Qəzzada insanları öldürürdü,AzerVoice xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. Bayden qeyd edib ki, məhz buna görə də ABŞ Sirailə silah ixracını dayandırdı.


“Mən açıq şəkildə dedim ki, onlar İsrail ordusu Rəfaha daxil olsa İsrailə silah ixracı dayandırılacaq.Buna baxmayaraq İsraili qorumaq üçün əlimizdən gələni edəcəyik” -deyə Bayden bildirib.


Bayden hesab edir ki, İsrailin Rəfahda həyata keçirdiyi hərbi əməliyyatlar indi əhalinin sıx məskunlaşdığı ərazilərə daxil olaraq qırmızı xətti keçmək səviyyəsinə hələ yüksəlməyib.

banner


Amerika prezidenti izah edib ki, o, Qəzzanı yenidən qurmağa və müharibədən sonra iki dövlətli həllə keçiddə kömək etməyə hazır olan ərəb ölkələri ilə danışıqlar aparır.

Digər Kateqoriyalar

2023 © AzerVoice