Əsas səhifə » İspaniya F-5 təyyarələrini Hürjetlə əvəz etməyi planlaşdırır

İspaniya F-5 təyyarələrini Hürjetlə əvəz etməyi planlaşdırır

Narmin Ağayeva

Bakı, AzerVoice

İspaniya Hərbi Hava Qüvvələri F-5 təyyarələrini Türkiyə istehsalı olan Hürjet ilə əvəz etməyi və donanmasına altı yeni A400M əlavə etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, hesabata görə, İspaniya öz strateji nəqliyyat donanmasını genişləndirmək üçün hərbi yüklərin daşınması üçün nəzərdə tutulmuş 6 ədəd Airbus A400M təyyarəsinin alınmasını müzakirə edir.

Bu addım İspaniya Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi prosesinin bir hissəsi kimi atılmışdır.

banner

Yeni modellərin prototipinin keçən bazar günü Madriddəki Torrejon de Ardoz bazasına eniş etdiyi və bir neçə həftədən sonra İspan heyətinin təyyarə mübadiləsi razılaşması üçün Türkiyəyə gələcəyi də İspaniya mətbuatında açıqlanıb.

Bununla belə, İspaniya F-5 təyyarələrini dəyişdirməyi və təxmini köhnə 10 ədəd A400M-ni ləğv etməyi planlaşdırır.

Xəbərdə həmçinin ilkin olaraq 27 ədəd A400M təyyarəsinin sifariş edildiyi, lakin sonradan yalnız 14-nün istifadə olunacağına zəmanət verildiyi bildirilib.

Qeyd edək ki, Türk Havacılık ve Uzay Sanayii (TUSAŞ) tərəfindən istehsal olunan Hürjet, turbofan mühərriki olan qabaqcıl reaktiv təlim və yaxın hava dəstəyi təyyarəsidir.

Önümüzdəki illərdə “Hürjet”in təyyarə gəmilərinə qalxıb enə bilən variantının istehsala buraxılması da planlaşdırılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice