Əsas səhifə » İslamın Qərbdə tibbin inkişafına töhfəsi

İslamın Qərbdə tibbin inkişafına töhfəsi

Azer Voice

Bakı,AzerVoice

Müsəlman dünyasının Qərb bölgələrində də tibb sahə- sində inkişaf olmuşdur. Müsəlman İspaniyasının ilk əsrlərində həkim olmaq istəyən alimlər öyrənmək, mədrəsə və xəstəxanalarda təcrübə qazanmaq məqsədilə Bağdad, Qahirə və Şam kimi şəhərlərə, hətta İrana qədər getmişdilər. Məqərri şərqə səyahət edən əndəlüslü alimlərin siyahısını tərtib etmişdir. İxtilaflar və müharibələrə, hökmdarların və siyasətçilərin arasındakı fərqliliyə baxmayaraq, həzrət peyğəmbər zamanında İslamın qoyduğu ümumbəşəri cəmiyyət prinsipləri xalqların həyatında inkişaf və dinamikanı təmin etmişdir. Səyahətlər, xüsusilə elm dalınca getmək üçün olan səyahətlər, nə gedilən yerə, nə də oranı kimin idarə etdiyinə baxılmadan davam etmişdir.

Həmçinin oxuyun:
Müsəlmanların tibb sahəsinə verdiyi tarixi töhfələr
Məmlüklər dönəmi və baytarlıq (ÖZƏL ARAŞDIRMA)
İslamda böyük filosof həkimlər

Daha sonralar müsəlman İspaniyası, xüsusilə də Kordovada öz universitetini qurmuş və Şərqə səyahət etmə ehtiyacı azalmışdır. Lakin bəzi elm adamları öz səyahətlərini davam etdirmişdilər. Şərq və Qərb universitetlərinin bir-birindən fərqli tərəfləri var idi. Şərqdə yəhudilər müsəlmanların elmi camaatına azad şəkildə qoşulurdular. Lakin İspaniyada, xüsusilə də elmi mühitdə daha böyük bir rol oynamış, tibb və fəlsəfə sahələrində ixtisaslaşmışdılar. Müsəlman İspaniyayasının ilk məşhur həkimlərindən Hasday ibn Şaprut bir yəhudidir. Lakin Əndəlüsdə daha çox xristianların bu sahəyə töhfə verdiyini görürük.

Müsəlman İspaniyasında tibb məktəbləri və xəstəxana- lar keyfiyyət baxımından inkişaf etmişdi. Nəticədə XII əsrdə elm axtarışı Şərqdən Əndəlüsə doğru istiqamət dəyişdirmişdi. Bu da gələcəkdə müsəlman elminin Avropanın digər hissələrinə doğru yayılmasını asanlaşdırmışdır.

banner

Müsəlmanların İspaniyada məskunlaşmasından qısa müddət sonra tibb sahəsində əsərlər yazılmışdır. İlk mətnlərdən biri Əndəlüs xəlifələri III Əbdürrəhman və II Həkə- min xüsusi həkimliyini də etmiş İbn Sədə aiddir. Ginekoogiya, hamilə qadın və uşaq gigiyeniyası və doğum sahə- sinə dair bir kitab yazmışdır. Qərbdə “Abulkasis” kimi tanınan Əbül-Qasım Zəhravi (930-1013) cərrahiyyə sahəsinə verdiyi orijinal töhfələrinə görə müsəlman İspaniyasının ən məşhur həkimlərindən biri olmuşdur. O da III Əbdür- rəhmanın və II Həkəmin özəl həkimi olmuşdur. Həyatı haqqında məlumat azdır.

Həmçinin oxuyun:
İslamda tibb cəmiyyətləri və mütəxəssisləri
İslam kulinariyası və Avropa
İslamda tibb və təbabət

Cərrahlıq haqqında yazdığı kitabı sayəsində Avropada tanınmışdır. Bu əsərin “uzun elmi tədqiqatları başa düşməyənlərə kömək” mənasında bir adı var. Əməliyyatlarda istifadə olunan alət-ədəvatın sxemlərini ehtiva edən ilk tibbi əsərdir.

Zəhravinin yara dağlama, böyrək daşını sidik kisəsin- də parçalama, heyvan üzərində aparılan təcrübə (vivise- ction) və toxumaları kəsib ayırma (dissection) prosesinin vacibliyi kimi orijinal işləri mövcduddur. Yara dağlamının müxtəlif metodları illüstrasiyalarla açıq şəkildə təsvir edilmişdir. Göz və diş əməliyyatları və yara müalicəsi zamanı tətbiq olunan ərəb metodları da qeyd edilmişdir. Bir fəsildə də qırıqlar və bel sümüyü zədələnməsindən qaynaqlanan fəlclərdən bəhs olunmuşdur. Başqa bir fəsil isə doğuş prosesi ilə əlaqəlidir. Müasir dövrdə “valçer” pozisiyası adlandırılan doğuş pozisiyasının tərifi verilmişdir. Əsər ağız və diş əti xəstəliklərinin ilkin müalicəsi ilə əlaqəli metodlar təqdim etməsi baxımından da mühümdür. Bu tibb əsərinin cəzbedici tərəfi cərrahi vasitələrlə əlaqəli çox sayda illüstrasiyanın olması və müasir alimlərdə orta əsrlərdə hansı alətlərin istifadə olunduğu haqqında bir təəssürat yaratmasıdır. Daha az məşhur olan bir digər əsər də Zəhravinin mineral, bitki və heyvanlardan düzəldilən dərmanların tərifindən bəhs edən əsəridir. Bu əsər həm də tibbdə kimyanın istifadəsinin ilk nümunəsi sayılır.

Zəhravinin Avropa tibbinə təsiri digər cəhətdən də əhəmiyyət daşıyır. Zəhravi əsərini sistemli, aydın və anlaşıqlı bir dildə yazmışdır. Bu, Qərb alimlərinə o dərəcədə təsir etmişdir ki, müsəlmanların elminə olan maraqları artmış və Zəhravi sayəsində xristian Avropada cərrahlığın statusu yüksəlmişdir.

Bir digər əndəlüslü həkim İbn Zühr (ö. 1162) də orijinal əsəri ilə tibb sahəsindəki yüksək standartı davam etdirmişdir. Latınca “Avenzoar” kimi tanınan İbn Zühr dövrünün digər həkimlərindən fərqli olaraq həyatını yalnız tibbə həsr etmişdir. Tibb elmini gənc yaşlarında usta bir həkim olan atasından öyrənən İbn Zühr həm İspaniyada, həm də Şimali Afrikada şöhrət tapmış, gənc yaşda da vəfat etmişdir.

İbn Zühr çox sayda əsər yazmışdır. Ən məşhur əsərini dərman, pəhriz və müalicə sahəsinə həsr etmişdir. Müşa- hidələrini, təcrübələrini təfsilatlı və diqqətli şəkildə nəql etmişdir. Qoturluğun (sarcoptes scabiei) ilk tərifini o vermişdir. Hitti Əhməd ət-Təbərinin ondan iki əsr əvvəl bu barədə fikir bildirdiyini qeyd edir. İbn Zührün həkimlik peşəsində ən çox əhəmiyyət verdiyi şey təcrübə olmuşdur.

Əndəlüsün ən məşhur müsəlman alimi Qərbdə “Averroes” kimi tanınan İbn Rüşddür (1126-1198). Filosof kimi tanınmış və Qərbdəki ən mühüm təsiri bu sahədə olmuşdur. Yaxşı həkim olmaqla yanaşı, həm də Sevilla və Kordovada hakimlik etmiş böyük hüquqşünasdır. Əndəlüslü bioqrafiya müəllifi onun hakimlik kariyerasını xüsusi vurğulayır və hakim kimi bu sahədə təcrübə qazandığını, hüquq mövzusunda çox sayda əsər yazdığını bildirir.

İbn Rüşdün əsərlərinə hakim olan ən mühüm prinsip mükəmməllikdir. On altı ilini tibb haqqında irihəcmli bir ensiklopediya yazmaqla keçirmişdir. Çiçək xəstəliyi keçirən bir insanın bu xəstəliyə qarşı immunitet qazanacağını təsbit edən alim odur. Bu bilik böyük ehtimalla peyvəndin inkişafına yol açmışdır. Retina haqqındakı təsvirləri gözün funksiyasını çox yaxşı bildiyini isbat edir. İbn Rüşdün farmakologiyaya töhfəsi də qeyri-adidir. Bu sahədəki tədqiqatları orta əsrlərdə Avropada əsas mənbə rolunu oynamış və o qədər güclü təsirə malik olmuşdur ki, bu hələ də davam edir.

İbn Rüşdün Qərbdə fəlsəfə və tibb sahəsində ən az onun qədər məşhur müasirlərindən biri üç adla tanınır. Ərəb dilində Əbu İmran ibn Meymun, ibri dilində Musa ibn Meymun və bu gün hələ də Qərbdə bilinən adıyla Maimonides (1135-1204). İbn Rüşd kimi o da bir həkimdən çox filosof kimi tanınır. Tibb təhsilini Razi, İbn Sina və İbn Zührdən almışdır.

Onun elmi də zəhmət və təcrübələrə əsaslanır və onun tibb əsərlərinin özünəməxsus töhfələri olmuşdur. Məsələn, sünnətlə əlaqəli inkişaf etmiş bir metoddan bəhs etmiş və hemoroidə səbəb olan qəbizlikdən bəhs edərək həll yolu kimi yüngül tərəvəz pəhrizi tövsiyə etmişdir. Ən çox pəhriz və fərdi gigiyenanı vurğuladığı sağlamlığa dair məlumat kitabçasını Sultan əl-Əfdala ithaf etmişdir. Həmin əsəri daha sonralar Rabbi Moses bin Samuel bin Tibbon ibri dilinə tərcümə etmişdir. İbn Meymun bir digər əsərində sürünənlərin zəhərlərindən və padzəhərlərindən bəhs etmişdir. Başqa bir mühüm əsəri də İbn Sinanın “əl-Qanun fit-Tibb” adlı əsərinin ibri dilinə tərcüməsidir.
İbn Meymun həyatının sonrakı dövrlərində məcburən tibbə üz tutmuşdur. Fəlsəfəni seçməsinə baxmayaraq, bu sahədəki tədqiqatlarını yeni və dözümsüz Müvəhhid hökmdarına görə davam edə bilməmişdir.
Əvvəlcə Fəsə, sonra Fələstinə, daha sonra Qahirəyə köçmüş və orada məskunlaşmışdır. Ailəsinin bütün var-dövləti, qiymətli daşların ticarəti ilə məşğul olan qardaşı David ilə birlikdə dənizdə batmışdır. İbn Meymun həkim terapevt kimi uğur qazanmışdır. Səlahəddin Əyyubinin özəl həkimliyini etmişdir.

Həmçinin oxuyun:
Səlahəddin Əyyubi kimdir?

Səlib yürüşləri əsnasında şöhrəti sərhədlər aşaraq İngiltərə kralı Riçarda qədər gedib çatmışdır. Riçard onu öz yanına dəvət etsə də, İbn Meymun bu təklifi qəbul etməmişdir. Qahirədəki “Maimonides” adlı sinaqoq hələ də xəstə yəhudilərin ziyarət yeridir.
İslam dünyasının ən məşhur həkimlərinin verdiyi töhfələr müasir dövrə gəlib çatmışdır, çünki onlar öz kəşfləri haqqında əsərlər yazmışdılar. Bu əsərlər Qərbdə və Şərqdə yayılmışdır. Digər şəxsiyyətlər müasir dövrdə yalnız qoyub getdikləri əsərləri ilə tanınırlar. Böyük ehtimalla tibb sahəsində püxtələşmiş və bu sahənin inkişafına böyük töhfələr vermiş, adları bilinməyən çox sayda insan yaşamışdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice