Əsas səhifə » İslamın İqtisadi Sistemə gətirdiyi İslahatlar

İslamın İqtisadi Sistemə gətirdiyi İslahatlar

Yamin Savalanli

Bakı, AzerVoice

İslam peyğəmbərinin (s.ə.s) İslam dinini qəbul etdikdən sonra Ərəbistan qəbilələri ilə bağladığı müqavilələrin əksəriyyətində yer alan maddəyə əsasən İslamdan əvvəl alınan öşür vergisi artıq alınmırdı. Nəcranlı Bəni-Nəhd, Bahilə və Bəlarislərlə bağlanan müqavilələr bu qəbilələri vergidən azad etmiş, ancaq zəkat verməklə məsul tutmuşdur. (Gömrük vergisindən azad edilmə ilə əlaqəli bax. Mənim əl-Vəsaiq əs-SiyaSiyyə adlı əsərimin 48, 122 və 188 saylı vəsiqələr. Bunlardan 84, 90 və 194–cü vəsiqələr zəkat mükəlləfiyyəti qoyarkən, öşür vergilərindən azad edir. Bunlardan əlavə 9–cu vəsiqədə isə zəkat vergisi ödəmə məsuliyyəti daşımayan xristianların da öşür vergisindən azad edildiyini müşahidə edirik.)

Zəkat vergisi heyvan sürülərindən və əkin məhsularından alınırdı. Bunlardan öşür vergisi alınmırdı. Odur ki, buna əsasən öşür yarmarka və şəhərlərə xaricdən gətirilən mallardan alınan “gömrük vergisi” mənasına gəlirdi. Beləliklə ölkə daxilində alınan gömrük vergilərinin qaldırılması hər növ məhsulun ölkəyə idxal edilməsinə və dəyişdirilməsinə şərait yaratdı. Mənbələrdə Xəlifə Ömərin Mədinəyə taxıl idxal edən nəbatlı tacirlərə “güzəştli gömrük vergisi” tətbiq etməsindən bəhs edilir. (Əbu Übeyd, 1397 və 1660 nömrəli hədislər: Tətbiq edilən endirim 10%-dən 5%-ə qədər olmuşdur)

 Göründüyü kimi, gömrük vergisi İslamdan əvvəlki dövrlərdə istifadə olunub və Rəsulullah (s.ə.s) də öz dövründə buna davam etmişdir. Rəvayət edildiyinə görə, Məkkənin fəthi əsnasında Rəsulullahın (s.ə.s) “Səid ibn əl-Ası” Məkkə bazarına təyin etməsi önəmli hadisədir. (İbn Səd, 2/1, s. 104)

banner

Buna bənzər başqa hadisələr də meydana gəlmişdir: Ömər də Mədinədəki bazar işlərinə nəzarət etmək üçün vəzfiləndirilmişdir. (Hələbi, 2-ci cild, 365)

Eyni bazarda qadınlara da vəzifə verilmişdir; məsələn Səmra bint Nuheyk əl–Əsədiyyə şəxsən Rəsulullah (s.ə.s) tərəfindən vəzifə verilmişdi. O, bazarda hiylə və oğruluğun qarşısını almaq üçün nəzarətçi vəzifəsini icra edirdi. (İbn Əbdulbərr, İstiab, 11, 761)

Həmçinin Şəfa binti Abdullaha da Mədinə bazarında bəzi vəzifələr verilmişdi. (İbn Həcər, İsabə, “Qadınlar bölməsi” no, 618)

Demək olar ki, bu kimi təyinatlar möhtəsiblik adı verilən və bazarlarda hiylə və oğurluqların qarşısını alan, gömrük vergilərini toplayan, çıxan ixtilafları yerində həll edən təşkilatın (bugünkü Bələdiyyə təşkilatı) təsis edilməsinə şərait yaratmışdır. Mənbələrdə qeyd olunan məlumata görə Peyğəmbər (s.ə.s) İslamın məqsədinə uyğun şəkildə ticarət anlayışı tətbiq etmək və satıcılara nəzarət və rəhbərlik etmək məqsədi ilə bazarları şəxsən təftiş edir və gəzirdi. Məsələn, bir gün bu məqsədlə bazar və dükanları təftiş əsnasında dükanlardan birində satılan buğda torbasım əli ilə yoxlayır. Buğdanın nəmli olduğunu hiss edən Peyğəmbər (s.ə.s) satıcıya bunun səbəbini soruşur. О da bunun bir gün əvvəl yagan yağış nəticəsində meydana gəldiyini söyləyir. Rəsulullah da  ona belə deyir:

“Bunu müştərilərdən gizlətmə. Malları onlara olduğu kimi göstər.”

Yuxarıda da qeyd etdiıniz kimi bazarlarda qadın müfəttişlərə vəzifə
verilməsinin səbəbi çox güman ki, qadınların istehsal etdiyi mallarını satmaq üçün buraya gəldiklərinə görədir.

1614. Qurani-Kərimdə milli sərvətin bölüşdürülməsi məsələsi ayə şəklində öz əksini tapmışdır. Hələ hicrətin 3-cü əsrindən etibarən vəfat edən şəxsin mirasının yaşından asılı olmayaraq ata, ana, arvadlar, uşaqlar, bacı və qardaşlar kimi çox sayda qohum-əqrəba arasında məcburi bölüşdürülməsi məsələsi ilə əlaqəli hökm qoyulmuşdur. Bu qanuna görə vəsiyyət yolu ilə miras qoyan kimsə varislərə düşən payda heç bir dəyişiklik edə bilməz.

 Ölüm ayağında olan insan malın ancaq 1/ 3-i vəsiyyət edə bilər. Mahn geridə qalan 2/ 3 hissəsidə heç bir bəyanat verilmədən, icbari şəkildə mirasçılara qalır. Bu hökm sayəsində sərvətin bir neçə nəfərin əlində toplanmasının qarşısı alınmışdır. Bu yeniliklərdən başqa Rəsulullah (s.ə.s) risk əsasına görə çalışan kapitalistlərin ticarət imkanlarından sui-istifadə etmənin qarşısını almaq üçün iqtisadi həyata dair bir çox yeniliklər gətirmişdir. Məsələn;

Yetişməmiş bir məhsulun görmədən və əvvəlcədən satılması” və yaxud da satış əqdi bağladıqdan sonra “təslim edilməyən malın başqasına satılması” və bənzəri ticari əqdlərə qadağa gətirdi. Həmçinin qadağa siyahısı arasında hələ dənizdən çıxarılmadığı halda “Dalğıcın dənizdən çıxarıb gətirəcəyi” mirvarilərin də yer alması diqqət çəkici məqamdır. (İbn Macə, 12/24, N” 2196; Əhməd ibn Hənbəl, ], 302,3/42; Beyhəqi, V, 338.)

1615. Daha önəmli və əsaslı yeniliklərdən biri də faiz mövzusunda gətirdiyi dəyişiklikdir. İslam dini borc verilən pula görə faiz almağı qadağan etdi. Bu qanunun hikməti mövzusunda mübahisə etmək istəyənlərə bəzi örnəklər qeyd edək:

Dünyada heç kim məcbur qalıb aldığı borca görə könül xoşluğu ilə (faiz) əlavə pul ödəmək istəməz. Digər tərəfdən də zənginlərin hamısı da faiz almadan pulunu borca vermək istəməz. Bir cəmiyyətdə faiz məhz buna görə yayğınlaşar. Borc verilən puldan alınan faizə görə milli sərvətin müəyyən şəxslərin əlində toplanmasına və əsl xalq kütləsini təşkil edən digər insanların da yoxsullaşmasına gətirib çıxarır. Beləliklə cəmiyyətdə sosial bərabərsizlik və qarışıqlıqlar meydana çıxır.

Faizə görə pul vermənin bir başqa nöqsanı da təktərəfli riskin (zərərin) olmasıdır. Müəyyən bir məbləği faizlə borc alan şəxs hər nə qədər çalışıb qazanc əldə etməsə də borcunu faizlə ödəməyi qəbul edir. Təcrübələr göstərir ki, bütün ticarət və yaxud da istehsal sənayesində müvəffəqiyyət əldə edilmir. Odur ki, borc verən bu risklərdən heç biri ilə üzləşmir. İslam dinində faizin qadağan edilməsi bütün qazancların da rədd edildiyi mənasına gəlmir. Əksinə, İslam dini ədalətli iqtisadi münasibətlərin təmin edildiyi cəmiyyətin təsis edilməsini tövsiyə edir. Təktərəfli zərər əsasına görə borç verməyi qadağan edərək, onun yerinə qarşılıqlı (qazanc–zərər) risk əsasına görə borc alıb-vermə sistemini gətirmişdir.

İslam Şirkətlər Hüququndakı mudarabə adı verilən şirkət əqdlərindən söz açmaq istəyirik. Bu mudarabə şərikliklərində bir tərəfdə sadəcə investisiya sahibi kapitalist şərik və yaxud şəriklər, digər tərəfdə də onu işlətmək üçün borc alan şəriklər yer alır. Bu tərəflərdən hər ikisi də qazanc və zərərdə şərikdirlər. Odur ki, xalqın mənafe və faydaları üçün azlıq təşkil edən kapitalist zehiniyyətli sələmçilərə bəzi məsuliyyət və məhdudiyyətlərin tətbiq edilməsi məqsədə uyğundur. Beləliklə bu zehniyyətli insanlar dövlət tərəfindən tətbiq ediləcək sanksiyalar nəticəsində qeyri-əxlaqi və tüfeyli həyat yaşamaqdan əl çəkəcəkdir.

Belə metodlara müraciət edildikdən sonra geri qalanı, faizsiz borc üçün vəsait tapma və qazanc məqsədi güdülməyən layihələr üçün investisiya tapmaqdır. İslam bunun öhdəsindən əvvəla sələmçi kapitalistlərin əlindən “faizlə borc vermə” haqqını alaraq, sonra da “borç verməyi rəsmiləşdirərək” gəlmişdir. İrəlidə də görəcəyimiz kimi ehtiyacı olanlara borc pul tapma işi dövlətin vəzifəsinə çevrilmişdir. Hökumət şəxslərdən daha rahat şəkildə, faiz və yaxud ödəniş almadan, təcili ehtiyacı olan insanlara borc pul (kredit) təmin edə bilir. Ancaq faizsiz borc vermək üçün əldə kifayət qədər maddi vəsait olmalıdır. Lakin ilk İslam dövləti mərkəzi hökumət və təşkilata vergi ödəmə məsuliyyətindən xəbərsiz bir cəmiyyətdə və ölkədə təsis edilmişdir. Bəs Rəsulullah (s.ə.s) bu məsələni necə həll etmişdir?

Mənbə: prof.dr. Muhammed Hamidullah, İslam Peyğəmbəri-2, İpəkyolu Nəşriyyatı, 2013, səh-420

Digər Kateqoriyalar

2023 © AzerVoice