Əsas səhifə » İslamda biologiya və tibb

İslamda biologiya və tibb

Azer Voice

Bakı,AzerVoice

Müsəlmanların bitkilərlə bağlı araşdırmaları qəribə bir şəkildə başlamışdır. Yazıçılar, xüsusilə də şairlər məcazi təsvirlərini çiçək, ağac və oxucuların bilmədikləri bitkilərlə bəzəmək istəyirdilər. Buna görə də bitkiləri təfsilatlı şəkildə təsvir edirdilər. Tədricən elm adamları və həkimlərin botanika ilə maraqlanmağa başlaması bir çox bitki haqqında məlumat və izahların artmasına səbəb olmuşdur.

Biologiyanın digər bir mühüm sahəsi olan zoologiyanın isə hazırda baytarlıq elmi adlandıra biləcəyimiz başlanğıcı vardır. Tibbin digər sahələrində olduğu kimi, heyvan xəstəlikləri və onların müalicəsi barəsində bilik sahibi olan yerli həkimlər mövcud idi. İslam dövrünə aid ilk yazılı əsər Əbdülməlik ibn Qüreyb əl-Əsmainin (740-828) əsəridir.

Həmçinin oxuyun
Abbasilər dönəmində həkimlər necə yoxlanılırdı?
İslamın tibbə təsiri
İslamda tibb cəmiyyətləri və mütəxəssisləri
İslamda tibb və təbabət


Dəvə, at, qoyun, vəhşi heyvanlar və insan vücudu barəsində əsərlər yazmışdır. Onun əsərləri ərəblərin hələ o dövrlərdə insan anatomiyası haqqında nə qədər mühüm məlumatlara sahib olduqlarını göstərir.
Baytarlıq elmi çox keçmədən müstəqil bir sahəyə çevrilmişdir. XVI Abbasi xəlifəsi Mütəzidin (ö. 902) cinslik at fermasında atlarının mehtəri olan Əbu Yusif Yaqub ibn Əxi Hiza- mın (əl-Hüttəli) miniciliklə bağlı əsəri baytarlığın əsasını qoymuşdur.

banner

Dərmanla müalicə sahəsində, meşədə çox təsirli şəfalı bitkilər kəşf edənlərdən, laboratoriyada təcrübə aparanlara qədər çox sayda naməlum kaşif yaşamışdır. Onların töhfələri yunan, hind, fars və İslam dövrünün müştərək töhfələri sayılmışdır. Müasir dövrdə Hindistanda tətbiq olunan Yunan tibbi bunun bir nümunəsidir. Bu kəşflər əhəmiyyətli idi. Tibbin farmakologiya sahəsi ilə məşğul olanlar bu kəşfləri toplayaraq cildlərlə əsər nəşr etdirmişdilər.

Bu barədə ən mühüm əsərlərdən birinin yalnız latın dilində tərcüməsi əlimizdədir, ərəb dilindəki orijinalı isə itmişdir.
Mətni toplayan özünü Məsuə kimi təqdim edən naməlum bir şəxsdir. Bu əsərdə işlətmə dərmanları üç növə ayrılmışdır. Yumşaldıcı işlədicilər (Hindistan tamarindası, əncir, alça, Çin darçını), yüngül işlədicilər (səna, əzvay, ravənd) və sərt işlədicilər (yalapa, oxyarpaq sarmaşıq, kolosint).

Həmçinin oxuyun:
Müsəlmanların tibb sahəsinə verdiyi tarixi töhfələr
İslamın Qərbdə tibbin inkişafına töhfəsi
İslamda böyük filosof həkimlər
İslamda tibb cəmiyyətləri və mütəxəssisləri

İbn Sərabi, Toledolu İbn əl-Vafid və İbn əl-Baytar tə- dqiqatlarının böyük hissəsini dərmanla müalicəyə həsr etmiş əndəlüslü alimlərdir. Onlar haqqında çox az məlumat var. Həm Serapion Junior kimi tanınan İbn Sərabinin, həm də Toledolu ibn əl-Vəfidin əczaçılıqla bağlı əsəri var. İbn əl-Baytar da baytarlıqla bağlı daha əhatəli bir əsər yazmışdır. Müsəlman İspaniyasında anadan olmuş və Şamda 1248-ci ildə vəfat etmişdir.
Həyatının böyük bir hissəsini Yunanıstan, Misir və Anadoluda müalicəvi bitkiləri tədqiq etməyə həsr etmişdir. Həmin ölkələrdən, başqa insanların tədqiqatlarından və öz kəşflərindən öyrəndiklərini müsəlman dünyasında dərman müalicəsinə tətbiq etmişdir. Əsərdə 300-ü həmin dövr üçün yeni olan 1400-ə yaxın dərman təsvir olunmuşdur.

Müsəlmanlar həm də müxtəlif dərman istehsalı metodları kəşf etmişdilər. Həmçinin öz tədqiqatlarını və səyahətlərindəki kəşfləri dərman sahəsinə də tətbiq etmişdilər. Beləliklə, əczaçılığın təməlini qoymuş və dərman hazırlamaqda püxtələşmişdilər. Şərbət, sirop, alkohol (hamısı ərəb mənşəli sözlərdir) və traqakant ( “traqakant” zefirləri və həbləri qatılaşdırmaq üçün istifadə olunan qatran növüdür) bunların bəziləridir.

Müsəlman doktorlara tənəffüs yolu ilə istifadəyə yararlı bir anesteziya imkanı yaradan əczaçılıq vasitələrindən biri də “yatızdırıcı süngər”dir. Bu süngər ağrıya dözümlülük yaradan keyidici maddələrə batırılırdı. Daha sonra qurudulur və istifadə olunurdu. Bu süngər müsəlman cərrahların əməliyyatlarda uğur əldə etmələrində böyük rol oynayırdı. Süngər Qərbdə ilk dəfə Bolonyalı Teodor (Theodoric) tərəfindən stifadə olunmuşdur. O da müsəlmanlardan aparmışdır.

Edvard Braun yunanlardan miras qalan kimya və tibbi avadanlıq sahəsindəki elmi doktrinaya ən böyük töhfəni müsəlmanların verdiyini bildirir.

Ticarət məqsədilə ilk dəfə IX əsrdə açılan əczaxanalar qısa müddətdə müsəlman dünyasının hər tərəfində fəaliyyət göstərmişdir. Artıq müsəlman cəmiyyəti və həkimlər bütün müsəlman dünyasından toplanaraq bir yerə gətirilən dərmanları ala bilirdilər. Müasir dövrdə Qərbdə həb- lərin üstünə şəkərlə təbəqə çəkmə geniş yayılmış bir üsuldur. Lakin müsəlmanlar o dövrdə gül suyu və ekstraktı istifadə edirdilər. Əczaçılar mütəxəssis və icazəli idilər, mağazaları isə daim təftiş olunurdu.

Tibbi müalicə ilə əczaçılıq arasında heç bir fərq yox idi. Çünki dərman hazırlamaqla bağlı təhsil də tibb təhsilinin vacib şərtlərindən biri idi. Bir çox həkim həmkarlarının istifadə edə bilməsi üçün dərmanla müalicənin təfsilatını yazmışdır. Nəticədə kimya və botanika farmakologiya sahəsinə yaxın sahələr hesab olunmuşdur. Bir çox tanınmış həkim yeni dərmanlar düzəltmişdir.

Mövzunun əvvəlində də qeyd etdiyimiz kimi, Kindi həm də əczaçılıqla bağlı tədqiqatlar aparmışdır.
Farmakologiyanı yaxşı bilən alimlərdən biri də X əsrdə yaşayan və Herat hökmdarının özəl həkimliyini etmiş Əbu Mənsur Müvəffəqdir. “Dərmanların həqiqi xüsusiyyətləri” adlı əsəri yunan, hind, süryani və müsəlman mənbələrdən toplanan əczaçılıq biliklərini bir yerə cəmləşdirmişdir. 970-ci ildə yazılmış bu sistematik tədqiqatda bitkilərdən, minerallardan və heyvanlardan alınan 585 dərman təsirlərinə görə dörd sinifə bölünmüşdür. Müvəffəq həm də ümumi farmakologiya nəzəriyyəsinə bir tərif əlavə etmişdir.

Həmçinin oxuyun:
Məkkə haqqında nələri bilirik?
Quranda Məkkə necə adlandırılır?
Səmavi dinlərdə QÜDS

Əsərində daha sonra “Paris plasteri” kimi tanınan gipsin hazırlanması və istifadəsindən bəhs etmişdir. Əsər, həm də müasir fars mədəniyyətinin ilk elmi tədqiqatı sayılır.
Müvəffəqin müasiri fələstinli həkim Təmimi dərmanlarla təcrübələr aparmış, əczaçılıqla əlaqəli bir çox əsər yazmış və qidaların insan sağlamlığına təsiri haqqında fikir bildirmişdir. O dövrdə Tunisin əl-Qeyrəvan bölgəsində yaşayan İbn Cəzzar (898-980) “Səyyahın ərzaqı” adlı kitabı ilə məşhur olmuşdur. Səyahətə çıxanlara çox faydası olan və çox böyük tələbat olan bu kitabda səfərdə olanlara təsir edən hər cür xəstəlikdən bəhs edilmiş və müalicə yolları təklif olunmuşdur.
Xüsusilə də (Misirdəki vəbanın səbəbləri daxil olmaqla) yoluxucu xəstəliklər haqqında geniş, əhatəli məlumat verilməsi böyük əhəmiyyət daşıyır. Kitabın ən mühüm xüsusiyyətlərindən biri də ətraf mühit və iqlim dəyişikliklərinin səbəbləri haqqında məlumat verməsidir. Məsələn, aqrar bölgələrdən Məkkəyə gedən hacılar həyatlarını dözülməz hala gətirən bir narahatlıqla qarşı-qarşıya qalırdılar. Məkkənin quru havası hazırda “rinit” (burun iltihabı) burun boşluğundakı mukoza təbəqəsinin şişməsinə səbəb olurdu.

Həmin dövrün bir digər məşhur farmakoloqu, elmi fəaliyyətini Bağdadda aparan Masəveyh əl-Mardinidir (ö. 1015). Daha sonra ölümünə qədər Misirdə Fatimi xəlifəsi əl-Hakimin özəl həkimi olmuşdur. Peşə həyatının böyük hissəsini İslami tibb araşdırmalarına həsr etmişdir. Əvvəlcə işlədici və qusdurucu dərmanlarla əlaqəli bir əsər yazmış, daha sonra isə öz dövründə bilinən hər xəstəlik üçün bir dərman müalicəsi tövsiyə edən əsər yazmışdır. Ən mühüm əsəri tibb dünyasında çox müsbət reaksiyaya səbəb olan və əsrlər boyu Qərbdə farmakologiya sahəsində standart dərs kitabı olaraq qalan on iki fəsillik kodeksidir.

Simon Set də eyni dövrdə Bizansda yaşayan bir yəhudi həkimdir və müsəlmanların tibb və əczaçılıq sahəsində göstərdikləri inkişafı nümunə göstərir. Seth müsəlman alimlərin latın dilindən ərəb dilinə tərcümə ənənəsini əksinə çevirənlərdən biridir. Ərəb dilindən latın dilinə tərcümələr etmiş və müsəlman dünyasındakı dərmanlara üstünlük vermişdir. İlk mühüm əsəri müəyyən qidaların (çoxu müsəlman dünyasına, bəziləri də Hindistana aid) müalicəvi xüsusiyyətindən bəhs edən bir lüğətdir. Bu əsərdə ərəb dilindəki sözləri yunan dilinə uyğunlaşdırmışdır. Bu sözlərdən həm də Qərbdə latın dilindəki tərcümələrdə istifadə olunmuşdur.
Məsələn, camphor (kafur), musk (müşk), ambergis (ənbər), julep (şərbət), syrup (şurup). “Bu əsərdə qeyd olunan dərman və ədviyyatların hamısı olmasa da, bir qismi yunan dilində ilk dəfə qarşımıza çıxır”. Seth botanika lüğəti də hazırlamışdır. Belə məlum olur ki, botanika tibdən ayrılmış və müstəqil bir elm sahəsinə çevrilməyə başlamışdır. Müəllifi Kordovalı əl-Bəkrinin (1014-1094) olduğu güman edilən müsəlman İspaniyasının bitkiləri və ağacları haqqında da kitab mövcuddur.

Ustadlardan elm öyrənmək məqsədilə müxtəlif elm ocaqlarını gəzən alimlər sayəsində tibb və əczaçılıq elmi İslam dünyasına yayılmışdır. Bir yerdə doğulub başqa bir yerdə tibb öyrənərək tətbiq etməyə başlayan və sonra başqa bölgələrdə məskunlaşaraq həyatını davam et- dirən çox bacarıqlı həkimlər vardı. Bəziləri həmkarlarına daha çox məlumat ötürə bilmək və iş həyatlarında onlara dəstək olmaq üçün kitablar yazmışdılar. Məsələn, Masəveyh əl-Mardini yuxarı Mesopotamiyada anadan olmuş, Bağdadda işləmiş və daha sonra Misirdə Fatimi xəlifəsi Həkəmin özəl həkimi olmuşdur.
İşlədici və qusdurucu dərmanlarla əlaqəli kitab yazmışdır. Lakin həmin dövrün ən məşhur əsəri müsəlmanların o dövrdə əczaçılıq sahəsindəki bütün elmi mirasını ehtiva edən ensiklopediyalar idi. Həmin ensiklopediyalar İslam dünyasında böyük maraqla qarşılanmış və əsrlər boyu Qərbdə dərs kitabı kimi oxudulmuşdur.

Misirdə yaşayan başqa bir həkim isə Əmmar ibn Əli əl-Mövsilidir (ö. 1010). Mühüm icadları ilə məşhurlaşmışdır. Sartona görə, “müsəlman göz həkimlərinin ən böyüyü”dür. Göz, göz xəstəlikləri və müalicəsi haqqında yazdığı əsəri həm də cərrahi əməliyyatlar haqqındadır. Kita- bın bir fəslində “bir nəfərdə yumşaq katarakt təbəqəsinin absorbsiya vasitəsilə müalicə etdiyi altı mərhələli katarakt əməliyyatı” nəql edilmişdir. Əmmarın uğurlu töhfəsini ondan da məşhur olan Əli ibn İsa davam etdirmişdir.

Bir digər göz həkimi isə ərəb dilində deyil, farsca əsər yazan İbn Mənsur əl-Yəmənidir. Uğuru ona verilən “Zərrin dəst” (qızıl əl) adından da məlumdur. Tibb sahəsinə ən böyük töhfəsi aftalmologiya sahəsində yazdığı “Nu- rül-uyun” (Gözlərin işığı) adlı əsəridir.

Digər Kateqoriyalar

2023 © AzerVoice